Əsas məzmuna keç

XİN "Qlobal Sumud Donanması"ndakı vətəndaşlar üçün hərəkətə keçdi

XİN "Qlobal Sumud Donanması"ndakı vətəndaşlar üçün hərəkətə keçdi

Xarici İşlər Nazirliyi Qəzzaya yardım aparan gəmilərdəki fəalların təhlükəsizliyi üçün diplomatik tədbirlər görür. Prosesin təfərrüatları və son vəziyyət saytımızda.

en ru

İsrailin müdaxiləsi ilə üzləşən "Qlobal Sumud Donanması"ndakı vətəndaşları ilə bağlı lazımi addımları atır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda vurğulanıb.

XİN İsrailin donanmaya müdaxiləsini hüquqazidd davranış kimi dəyərləndirib və beynəlxalq ictimaiyyəti mövqe sərgiləməyə çağırıb.

"Donanmada olan vətəndaşlarımızın və digər sərnişinlərin vəziyyəti ilə bağlı digər ölkələrlə birlikdə lazımi bütün addımlar atılmaqdadır", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, İsrailin Hərbi Dəniz Qüvvələri (HDQ) bəyan edilmiş "blokadanı yarmaq" məqsədilə Qəzza zolağı sahillərinə doğru istiqamət alan "Qlobal Sumud Donanması"nı ələ keçirməyə başlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…