Əsas məzmuna keç

XİN: 2020-ci ildən bu yana 72 nəfər mina qurbanı olub

XİN: 2020-ci ildən bu yana 72 nəfər mina qurbanı olub

Müharibədən bəri 419 azərbaycanlı mina terroruna tuş gəlib, 347 nəfər ağır yaralanıb. Xarici İşlər Nazirliyi bərpa işlərinə mane olan təhlükənin detallarını açıqladı.

ru en

Xarici İşlər Nazirliyi (XİN) tərəfindən yayılan məlumata görə, 2020-ci ilin müharibəsi bitdikdən bəri ümumilikdə 419 azərbaycanlı olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, onlardan 72 nəfər həlak olub, 347 nəfər isə yaralanıb.

Nazirlik dünən baş verən mina hadisəsində həlak olan vətəndaş mövzusuna da toxunaraq, minaların hələ də dinc sakinlər üçün ciddi təhlükə yaratdığını vurğulayıb.

“Bu vəziyyət keçmiş məcburi köçkünlərin təhlükəsiz qaytarılmasını, eləcə də davam edən bərpa işlərini əngəlləyir. Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara təhlükəsiz və davamlı qayıtmasını təmin etmək məqsədilə minalardan təmizləmə işlərinə sadiqdir və bu məqsədlə tərəfdaşların güc birliyi ilə dəstək göstərməsini gözləyir” - deyə, rəsmi açıqlamada bildirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…