Əsas məzmuna keç

Azərbaycanda mina qurbanlarının sayı 3500-ü ötüb: Onların 300-dən çoxu uşaq və gənclərdir

Azərbaycanda mina qurbanlarının sayı 3500-ü ötüb: Onların 300-dən çoxu uşaq və gənclərdir

ANAMA rəsmisi işğaldan azad edilmiş ərazilərdəki mina təhlükəsi və bu səbəbdən zərər çəkən mülki şəxslərlə bağlı statistik məlumatları açıqlayıb.

en ru

Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan ilkin qiymətləndirmələr nəticəsində bir milyondan çox minanın olduğu müəyyən edilib. Bu barədə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Münaqişədənsonrakı şəhərlərdə yenidənqurma: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu” mövzulu tədbirdə Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov məlumat verib.

S.Poladovun sözlərinə görə, 1991-ci ildən 2020-ci il noyabrın 10-dək partlayışları nəticəsində 2418 nəfər yaralanıb, 530 nəfər isə həlak olub. Həmin dövr ərzində klaster bombalarının olanların sayı 131 nəfər təşkil edib.

Agentlik rəsmisi 2020-ci il noyabrın 10-dan 2025-ci il mayın 22-dək olan statistik göstəriciləri də diqqətə çatdırıb:

  • Yaralananlar: 352 nəfər
  • Həlak olanlar: 73 nəfər

Samir Poladov qeyd edib ki, ümumilikdə mina qurbanlarının sayı 3500-dən çoxdur. Bu rəqəmlər arasında 302 nəfər uşaq və gənc, 38 nəfər isə qadındır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…