Əsas məzmuna keç

Azərbaycan və UN-Habitat arasında əməkdaşlıq sənədi imzalanıb

Azərbaycan və UN-Habitat arasında əməkdaşlıq sənədi imzalanıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev imzalanan niyyət məktubunun Ümumdünya Şəhərsalma Forumunun irsinin qorunmasındakı rolundan danışıb.

en ru

Respublikası Ümumdünya Şəhərsalma Forumunun (WUF) növbəti ev sahibi ölkələri üçün təşkilati təlimatların hazırlanması məqsədilə UN-Habitat ilə niyyət məktubu imzalayıb. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanışına həsr olunmuş mətbuat konfransında məlumat verib.

Komitə sədri bildirib ki, sözügedən təşəbbüs forumun uzunmüddətli institusional irsinin formalaşdırılmasına mühüm töhfə verəcək. Anar Quliyev həmçinin Azərbaycanın hazırda icra etdiyi şəhərsalma layihələrinə toxunaraq, ölkədə aşağıdakı istiqamətlərdə genişmiqyaslı işlərin aparıldığını qeyd edib:

  • Şəhərlərin yenilənməsi;
  • "Yaşıl infrastruktur"un genişləndirilməsi;
  • Mənzil şəraitinin yaxşılaşdırılması;
  • İqlim dayanıqlığının artırılması;
  • İnklüziv icmaların formalaşdırılması.

Komitə sədri, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə dünyanın ən iri yenidənqurma proqramlarından birinin uğurla icra olunduğunu diqqətə çatdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…