Əsas məzmuna keç

Yeni Şəhərsalma Proqramının gedişatı ilə bağlı nazirlər səviyyəsində görüş keçirilir

Yeni Şəhərsalma Proqramının gedişatı ilə bağlı nazirlər səviyyəsində görüş keçirilir

Anar Quliyev Qarabağa 18 milyard dollar investisiya və yaşıl zonalar barədə mühüm faktları açıqladı. UN-Habitat sessiyasındakı çıxışların maraqlı detalları videoda.

en ru

Bakıda Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində “Milli Nazirlik Bəyanatları - Yeni Şəhərsalma Proqramının gedişatı ilə bağlı nazirlər səviyyəsində görüş keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" AZƏRTAC-a istinadənxəbər verir ki, tədbirdə Malayziyanın Tikintisi və Yerli Özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq dayanıqlı çıxış edib. O deyib ki, urbanizasiya Malayziya üçün sadəcə siyasət istiqaməti deyil, milli zərurətdir. Hazırda Malayziya əhalisinin 75 faizdən çoxu şəhərlərdə yaşayır və şəhərlər ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsidir. Bununla yanaşı, sürətli urbanizasiya mənzil əlçatanlığı, iqlim dəyişiklikləri və sosial inklüzivlik kimi ciddi çağırışlar yaradır.

WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərin yarıdan çoxu yaşıl zona olacaq.

" və Şərqi Zəngəzurda həyata keçirilən layihələr dayanıqlı inkişaf prinsiplərinə uyğun icra edilir. Region ərazisinin yarıdan çoxu yaşıl zona kimi müəyyən olunub. Layihələr çərçivəsində bərpaolunan , ekoloji yanaşmalar və müasir urbanizasiya prinsipləri əsas prioritetlərdən biridir", - deyə A.Quliyev bildirib.

Onun sözlərinə görə, son 5 ildə Qarabağda və Şərqi Zəngəzurda infrastruktur və mənzil layihələrinə təxminən 14,7 milyard ABŞ dolları həcmində investisiya yatırılıb.

"2028-ci ilədək bu məbləğin 18 milyard dollara çatacağı gözlənilir. Layihələr “ağıllı” infrastruktur, bərpaolunan enerji, dayanıqlı torpaq istifadəsi və rəqəmsal idarəetmə sistemlərini əhatə edir".

Anqolanın ictimai işlər, şəhərsalma və mənzil tikintisi naziri Karluş Alberto Qreqoriu duş Santuş bildirib ki, ölkəsi demoqrafik artım və genişmiqyaslı daxili miqrasiya nəticəsində sürətli urbanizasiya dövrünü yaşayır. Hazırda Anqolanın əhalisi 36 milyonu ötür və onların əhəmiyyətli hissəsi iri şəhərlərdə və şəhərətrafı ərazilərdə yaşayır. Şəhər əhalisinin sürətlə artması mənzil sektoru, infrastrukturu, sanitariya sistemləri və digər əsas xidmət sahələri üzərində ciddi yük yaradır.

Nazir WUF13-də bu sahədə bir sıra problemlərin öz həllini tapacağına ümid etdiyini bildirib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…