Əsas məzmuna keç

Ukraynadan Rusiyaya kütləvi PUA hücumu: Yaralılar var

Ukraynadan Rusiyaya kütləvi PUA hücumu: Yaralılar var

Moskva vilayətinə edilən pilotsuz uçuş aparatı hücumu nəticəsində 10 nəfər xəsarət alıb, Rusiya Müdafiə Nazirliyi isə yüzlərlə İHA-nın məhv edildiyini açıqlayıb.

en ru

Moskva vilayətində Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (İHA) hücumu nəticəsində yaralananların sayının 10 nəfərə çatdığı bildirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat yayıb.

Məlumata görə, hücum Podolsk, Domodedovo və Odintsovo şəhərləri istiqamətində həyata keçirilib. Vorobyov bildirib ki, yaralananlar arasında bir uşaq və üç vətəndaşı da var. Zərərçəkənlərə tibbi yardım göstərilir.

Qeyd olunub ki, ötən gün saat 20:00-dan səhər saat 08:00-dək Ukraynaya məxsus 381 pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb. Nazirliyin məlumatına əsasən, İHA-lar Moskva və digər bölgələrin, həmçinin Azov və Qara dəniz üzərindəki hava məkanında qeydə alınıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…