Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa verdiyini açıqlayıb. Hələ iki il əvvəl "İşçi Partiyası"nı böyük səs çoxluğu ilə hakimiyyətə gətirən və ölkədəki siyasi xaosa son qoyacağını vəd edən Starmer, gözlənilən sabitliyi təmin edə bilməyib. 2026-cı ilin may ayında keçirilən yerel seçkilərdə partiyasının uğursuzluğu və iqtisadi çətinliklər fonunda artan tənqidlər, onun vəzifəsindən getməsini qaçılmaz edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Böyük Britaniya siyasəti 2016-cı ildəki Brexit referendumundan bəri ciddi sınaqlardan keçir. Bu dövr ərzində ölkə rəhbərliyində baş verən dəyişikliklər siyasi tarixin ən çalkantılı mərhələlərindən biri kimi yadda qalıb:
- 2016 - David Cameron: Brexit qərarının çıxması ilə istefa verdi.
- 2019 - Theresa May: Brexit danışıqlarındakı çıxılmaz vəziyyət səbəbindən vəzifəsini tərk etdi.
- 2022 - Boris Johnson: Pandemiya dövründəki karantin qaydalarını pozması və digər qalmaqallar nəticəsində istefaya məcbur oldu.
- 2022 - Liz Truss: İqtisadi planları ilə tarixə düşdü, lakin cəmi altı həftə hakimiyyətdə qala bildi.
- 2024 - Rishi Sunak: Mühafizəkarların populyarlığını itirməsi və erkən seçki qərarı ilə hakimiyyəti "İşçi Partiyası"na təhvil verdi.
Gələcək nə vəd edir?
Məlumata görə, son hadisələr, xüsusilə də bələdiyyə sədri Andi Burnhamın parlamentə böyük dəstəklə daxil olması, ölkədə yeni bir siyasi dövrün başlanğıcı kimi qiymətləndirilir.
İngiltərə ictimaiyyəti indi son on ildə yeddinci dəfə baş nazir kürsüsünün sahibini müəyyən etməyə hazırlaşır.