Əsas məzmuna keç

İspaniyaya 72 min qanunsuz miqrant keçib

İspaniyaya 72 min qanunsuz miqrant keçib

Fernando Qrande-Marlaska Seuta və Melilyadakı kritik vəziyyəti açıqladı. 75 nəfərin ölümü ilə nəticələnən sərhəd böhranı və Aİ-nin yeni qərarı nədir?

ru en

İyulun sonundan etibarən azı 72 min qanunsuz Mərakeşin Fenidek sahillərindən İspaniyanın şəhərinə daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İspaniyanın naziri Qrande-Marlaska Avropa İttifaqı (Aİ) ölkələrinin DİN rəhbərlərinin görüşünün yekunlarına həsr olunmuş konfransında bildirib.

Onun sözlərinə görə, həmin şəxslərdən təxminən 70 min nəfəri Mərakeşə geri qayıdıb.

Yerli mətbuat İspaniya ərazisinə keçməyə çalışarkən həlak olanların sayının 75 nəfərə çatdığını açıqlayıb.

Qeyd edək ki, iyulun 30-da Mərakeşin Fenidek sahillərindən on minlərlə miqrant İspaniyaya məxsus Seuta və Melilya anklavlarına üzərək və ya piyada keçməyə cəhd edib. Bundan sonra İspaniya hökuməti bölgəyə əlavə hərbi qüvvələr göndərərək sərhəd təhlükəsizliyini gücləndirib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…