Əsas məzmuna keç

Zelenski: “Rusiya və İran nifrət qardaşlarıdır”

Zelenski: “Rusiya və İran nifrət qardaşlarıdır”

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya parlamentində çıxış edərək Moskva və Tehran arasındakı hərbi əməkdaşlığı kəskin tənqid edib.

ru en

Ukrayna Prezidenti Volodimir Zelenski Londona rəsmi səfəri çərçivəsində parlamenti qarşısında çıxış edərək mühüm bəyanatlar verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Kir Starmer ilə görüşdən sonra danışan Zelenski, Rusiya və İranı “nifrət qardaşları” adlandırıb.

O, Tehran rejiminin Moskvaya Ukrayna şəhərlərinə hücum etmək üçün “Shahed” pilotsuz uçuş aparatları (PUA) satdığını vurğulayıb.

Görüş zamanı tərəflər yeni müdafiə tərəfdaşlığı barədə razılığa gəliblər. Bu saziş PUA-ların istehsalı və tədarükünün artırılmasını hədəfləyir.

Bundan əlavə, Britaniya hökuməti Kiyevdə mərkəzinin yaradılması üçün 500 min funt-sterlinq vəsait ayıracağını bəyan edib.

Baş nazir Kir Starmer isə qeyd edib ki, Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin bu münaqişədən, xüsusilə və sanksiyaların yumşaldılması baxımından faydalanmasına icazə vermək olmaz.

Starmer Ukraynaya dəstəyin davam etdirilməsinin və Rusiyanın mövqelərinin zəiflədilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Zelenskinin London səfəri onun ictimaiyyətin diqqətini Yaxın Şərqdəki hadisələrdən yenidən Ukrayna müharibəsinə yönəltmək məqsədi daşıyan Avropa turunun bir hissəsidir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…