Əsas məzmuna keç

Bazar günü hava necə olacaq? Rəsmi proqnoz açıqlandı

Bazar günü hava necə olacaq? Rəsmi proqnoz açıqlandı

Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Xidməti həftəsonu üçün gözlənilən temperatur göstəricilərini açıqladı. Bakıda və regionlarda yağış yağacaqmı?

en ru

Bakıda və yarımadasında avqustun 2-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi ərazilərdə qısamüddətli az yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.

Hava proqnozu

9° Bakıda indiArabir yağış
  1. Bu gün Tutqun 10° 9° yağış 64%
  2. Sabah Tutqun 12° 8°
  3. Birisi gün Buludlu 14° 10°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…