Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Fransada isti hava faciəyə səbəb oldu - 13 nəfər boğuldu

2 dəq
Paylaş:
Fransada isti hava faciəyə səbəb oldu - 13 nəfər boğuldu

Fransada davam edən isti fonunda həftə sonundan etibarən sərinləmək üçün su hövzələrinə girən azı 13 nəfər boğularaq həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki,ölkənin böhranların idarə olunmasına cavabdeh olan Milli Mülki Xidmətinin sözçüsü Jerome Boulangerin sözlərinə görə, həyatını itirənlər arasında şəhərində yaşayan 17 yaşlı yeniyetmə və -et-Marne bölgəsində yaşayan 13 yaşlı uşaq da var.

Qeyd olunub ki, ölkənin 49 departamentində ən yüksək – qırmızı, 40 departamentində isə narıncı təhlükə səviyyəsinin elan edilib.

Həddindən artıq istilərlə əlaqədar olaraq Fransa Təhsil Nazirliyinin qərarı ilə bu gün 845 məktəbdə dərslər dayandırılıb.

Eyni zamanda, Touchay qəsəbəsində dünən günortadan sonra baş vermiş yanğın nəticəsində 25 hektar əkin sahəsinin külə döndüyü açıqlanıb. Yanğın səbəbindən 44 nəfər təxliyə olunub, yanğının söndürülməsi zamanı isə 3 yanğınsöndürən yüngül xəsarət alıb.

Rəsmilər yanğının lokallaşdırılması istiqamətində işlərin davam etdiyini bildiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax