Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İtaliyada anomal istilər: Ölən və yaralananlar var

2 dəq
Paylaş:
İtaliyada anomal istilər: Ölən və yaralananlar var

İtaliyada müşahidə olunan ciddi fəsadlar törətməkdədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ölkə ərazisində havanın temperaturunun kəskin yüksəlməsi nəticəsində, ilkin məlumatlara görə, 5 nəfər dünyasını dəyişib.

Həyatını itirənlər arasında açıq havada çalışan işçilər və yaşlı insanlar da var.

Sinoptiklərin proqnozlarına əsasən, həftə sonu temperaturun 41 dərəcəyə çatacağı gözlənilir.

Bu səbəbdən, ölkənin 18 şəhərində ən yüksək təhlükə səviyyəsi olan "" elan olunub.

Həddindən artıq təkcə insan sağlamlığına deyil, həm də ölkənin infrastrukturuna ciddi ziyan vurur. Elektrik enerjisi təchizatında yaranan fasilələr və texniki problemlər həyatı çətinləşdirib. Xüsusilə, Milan şəhərində liftlərdə qalan vətəndaşların xilas edilməsi üçün yanğınsöndürmə briqadaları 60-dan çox xilasetmə əməliyyatı həyata keçirib. Mədəniyyət sahəsində də problemlər yaşanır: Floransadakı məşhur "Uffizi" qalereyası kondisioner sistemindəki nasazlıq səbəbindən bilet satışlarını müvəqqəti dayandırıb.

Kənd təsərrüfatı sektoru da təbii fəlakətdən ciddi zərər görüb; su qıtlığı və istilər nəticəsində sahəyə 1,5 milyard avro ziyan dəyə biləcəyi proqnozlaşdırılır.

İtaliyanın səhiyyə naziri Orazio Skillaci yaranmış vəziyyətlə bağlı nazirlikdə təcili iclas keçirib.

Nazir xüsusilə yaşlılar, uşaqlar və sağlamlıq problemləri olan həssas qrupların qorunması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, oxşar Belçikada da müşahidə olunur və orada da " alarm" tətbiq edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax