Əsas məzmuna keç

Böyük Britaniyada qırmızı xəbərdarlıq elan olundu

Böyük Britaniyada qırmızı xəbərdarlıq elan olundu

London və Uelsdə anomal temperatur 40 dərəcəyə çatacaq. Meteoroloqlar səhhət üçün təhlükəli olan ekstremal hava şəraiti ilə bağlı əhalini təcili tədbirə çağırıb.

en ru

Böyük Britaniyada, o cümlədən şəhərində bu həftə gözlənilən həddindən artıq isti ilə əlaqədar qırmızı xəbərdarlıq elan olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, London, İngiltərənin cənub, şərq və qərb Midlends bölgələri, eləcə də Uels daxil olmaqla bir çox ərazidə həftə boyu isti hava şəraiti hökm sürəcək.

Xüsusilə çərşənbə və cümə axşamı günləri İngiltərə və Uelsin böyük hissəsində temperaturun 37 dərəcəni keçəcəyi, bəzi bölgələrdə isə 38-40 dərəcəyədək yüksələcəyi gözlənilir.

Meteoroloqlar yüksək temperaturla yanaşı rütubətin də artacağını bildirərək, bunun insanların sağlamlığı üçün əlavə risklər yarada biləcəyi barədə xəbərdarlıq ediblər.

Qeyd olunub ki, istilər gündəlik həyatın müxtəlif sahələrində ciddi problemlərə səbəb ola bilər. Qurum ölkədə nadir hallarda müşahidə olunan bu səviyyədə isti hava ilə bağlı bütün zəruri tədbirlərin görülməsini tövsiyə edib.

Məlumat üçü bildirək ki, Böyük Britaniya ötən ay da isti hava dalğasının təsiri altında olub. Həmin dövrdə ölkənin bəzi bölgələrində hava temperaturu 35 dərəcəni keçmişdi.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…