Əsas məzmuna keç

Minimum əməkhaqqının mütəmadi yenilənməsi ilə bağlı işçi qrupu fəaliyyətə başlayıb

Minimum əməkhaqqının mütəmadi yenilənməsi ilə bağlı işçi qrupu fəaliyyətə başlayıb

Azərbaycanda minimum əməkhaqqının ildə ən azı bir dəfə yenidən nəzərdən keçirilməsi məqsədilə xüsusi işçi qrupu formalaşdırılıb. Bunu Əmək və əhalinin...

en ru

Azərbaycanda əməkhaqqının ildə ən azı bir dəfə yenidən nəzərdən keçirilməsi məqsədilə xüsusi işçi qrupu formalaşdırılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Heydərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "2027-ci il dövlət büdcəsi haqqında"qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, son dövrdə Əmək Məcəlləsinə edilən dəyişikliklərdən biri minimum əməkhaqqına ildə bir dəfədən az olmayaraq yenidən baxılması mexanizminin həyata keçirilməsidir: "Bu mexanizmin reallaşdırılması ilə bağlı artıq yanında işçi qrupu təşkil edilib. Həmin qrupda müvafiq dövlət qurumlarının rəhbərləri və rəhbər müavinləri, həmçinin sosial tərəfdaşların nümayəndələri təmsil olunurlar. Şübhəsiz ki, işçi qrupu tərəfindən məsələ araşdırılarkən həm "Yaşayış minimumu haqqında" qanunda minimum əməkhaqqı ilə əlaqədar nəzərdə tutulmuş meyarlar diqqətə alınacaq, həm də hər bir tərəfin idarə etdiyi və siyasətini icra etdiyi qurum və təşkilatların spesifikası əsas kimi qəbul ediləcək. Beləliklə, minimum əməkhaqqının həm saatlıq həcminin, həm də ümumi məbləğinin müəyyənləşdirilməsi təmin olunacaq".

Kalkulyator

Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: gross və net, 2026 vergiləri ilə.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…