Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Belçikada anomal istilər: “Qırmızı xəbərdarlıq” elan edildi

3 dəq
Paylaş:
Belçikada anomal istilər: “Qırmızı xəbərdarlıq” elan edildi

Belçika Kral Meteorologiya İnstitutu (IRM) ölkə ərazisində havanın kəskin istiləşməsi ilə bağlı yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, proqnozlara əsasən, iyunun 26-da ölkənin şərq bölgələrində temperaturun 40 dərəcəyədək yüksələcəyi gözlənilir. Bu səbəbdən Liej və Limburq əyalətlərində cümə günü üçün ən yüksək səviyyəli “” elan olunub.

Məlumata görə, ölkənin digər bölgələrində ən azı şənbə gününə qədər “narıncı alarm” qüvvədə saxlanılacaq. Yerli bələdiyyələr və səhiyyə qurumları ekstremal ilə bağlı fövqəladə fəaliyyət planlarını aktivləşdirib.

Bildirilib ki, görülən tədbirlər çərçivəsində yaşlı və tənha yaşayan şəxslərin vəziyyəti nəzarətə götürülüb, qocalar evlərində əlavə tədbirləri gücləndirilib, açıq havada çalışan işçilər üçün xüsusi mühafizə qaydaları tətbiq edilib və əhaliyə günün ən isti saatlarında çölə çıxmamaq tövsiyə olunub.

Qeyd olunub ki, hazırda Belçika üzrə temperatur 33–38 dərəcə arasında dəyişir, gecə saatlarında isə 25–27 dərəcədən aşağı düşmür ki, bu da əhali üçün ciddi narahatlıq yaradır. təhsil müəssisələrinin iş qrafikinə və dəmir yolu nəqliyyatına da təsir göstərib.

Məlumata əsasən, bəzi məktəb və uşaq bağçalarında iş saatları dəyişdirilib, qatarların hərəkətində isə istilik səbəbindən gecikmələr qeydə alınıb.

Bildirilib ki, meteoroloqlar vəziyyətin daha da kəskinləşə biləcəyini istisna etmirlər. Brüsselin Ukkel bələdiyyəsində 34 dərəcə istilik qeydə alınıb ki, bu da 1976-cı ildən bəri rekord göstərici kimi qiymətləndirilir. Mütəxəssislər yaxın günlərdə iyun ayı üçün tarixi temperatur rekordlarının yenilənə biləcəyi barədə xəbərdarlıq ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax