Əsas məzmuna keç

“Sabah”ın potensial rəqibi bəlli oldu

“Sabah”ın potensial rəqibi bəlli oldu

İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Masazır klubunun növbəti mərhələdəki rəqibləri müəyyənləşdi. “Orhus” səddini keçsələr, onları kim gözləyir?

en ru

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tədbir bu gün vaxtı ilə saat 14:00-da İsveçrənin Nyon şəhərində keçirilib.

Püşkatma mərasimində çempionu "Sabah"ın da rəqibləri müəyyənləşib. Masazır təmsilçisi "Orhus" səddini keçə bilsə, pley-off-da “Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…