Əsas məzmuna keç

Avropa İttifaqı Ermənistanda yeni missiya yaradır: Məqsəd nədir?

Avropa İttifaqı Ermənistanda yeni missiya yaradır: Məqsəd nədir?

Avropa İttifaqı Ermənistanda hibrid təhdidlərlə mübarizə aparacaq yeni missiyanın yaradılması barədə qərar qəbul edib.

en ru

Avropa İttifaqı Ermənistanda təhdidlərə qarşı mübarizə məqsədilə xüsusi missiya yaratmağa hazırlaşır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Aİ-nin və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi qurumun xarici işlər nazirlərinin iclası öncəsi açıqlama verib.

Onun sözlərinə görə, nazirlər Ermənistanla tərəfdaşlıq çərçivəsində yeni missiyanın yaradılması məsələsini razılaşdıracaqlar. Missiyanın əsas fəaliyyət istiqaməti ölkənin üzləşdiyi hibrid təhdidlərin qarşısının alınması olacaq.

Məlumata görə, Avropa rəsmilərinin “hibrid təhdidlər” ifadəsi ilə əsasən Rusiyanın regiondakı təsir imkanlarına qarşı mübarizəni nəzərdə tutduğu bildirilir. Yeni missiyanın Ermənistanın təhlükəsizlik sahəsində imkanlarının gücləndirilməsinə yönələcəyi qeyd olunur.

Qeyd edək ki, Aİ-nin bu addımı ilə bağlı yeni sanksiyalar məsələsində qurum daxilində fikir ayrılıqlarının davam etdiyi bir vaxta təsadüf edir.

Xarici işlər nazirlərinin görüşündən əvvəl Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdıra bilməyib. Hazırlanan sənəddə Ukraynadakı hərbi əməliyyatlarda iştirak edən bütün hərbçilər üçün avtomatik viza qadağasının tətbiqi təklif edilirdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…