Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkiyənin üç bölgəsində meşə yanğınları ilə mübarizə davam edir

2 dəq
Paylaş:
Türkiyənin üç bölgəsində meşə yanğınları ilə mübarizə davam edir

Türkiyənin bir neçə bölgəsində baş verən səbəbindən genişmiqyaslı mübarizə tədbirləri həyata keçirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Muğla, Antalya və vilayətlərində meşəlik ərazilərdə başlayan yanğınlar güclü küləyin təsiri ilə yayılıb. Alovun yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən məqsədilə çoxsaylı evlər boşaldılıb.

Yanğınların söndürülməsi üçün Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin koordinasiyası ilə qüvvələri, könüllülər və yerli sakinlər səfərbər olunub.

Antalyanın Alanya rayonunda başlayan yanğın geniş əraziyə yayılıb. Alovun yaşayış evlərinə yaxınlaşması nəticəsində Sapadere, Fakırcalı və Beldibi məhəllələrində 45 ev təxliyə edilib. Səhər saatlarından etibarən yanğınsöndürmə təyyarələri və helikopterlər ərazidə fəaliyyətini bərpa edib.

Muğlanın Seydikemer rayonunun Bayır məhəlləsində və Fethiye rayonunun Yeşilüzümlü məhəlləsində də yanğınlarla mübarizə davam edir. Fethiyedə yanğının naməlum səbəbdən başladığı və küləyin təsiri ilə sürətlə yayıldığı bildirilib. Seydikemerdə isə bəzi evlər və heyvanlar təhlükəsiz ərazilərə köçürülüb.

Balıkesirin Gömeç rayonunda isə meşə yanğınlarına qarşı ikinci gündür davam edir. Kumgedik məhəlləsi yaxınlığındakı yanğının söndürülməsinə 6 təyyarə, 5 helikopter, 30 texnika və 658 nəfərlik heyət cəlb olunub.

Yanğın təhlükəsi səbəbindən Ayvalık rayonunun Tıfıllar məhəlləsinin sakinləri də ehtiyat tədbiri olaraq təxliyə edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax