Əsas məzmuna keç

Tramp Səudiyyə Ərəbistanı ilə nüvə razılaşmasını təsdiqlədi

Tramp Səudiyyə Ərəbistanı ilə nüvə razılaşmasını təsdiqlədi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ər-Riyadla imzaladığı enerji sazişi Yaxın Şərqdə nələri dəyişəcək? Ağ Evin nüvə siyasəti ilə bağlı detallar.

en ru

Prezidenti Vaşinqton tərəfindən Səudiyyə Ərəbistanının dinc proqramının dəstəklənməsini nəzərdə tutan razılaşmanı təsdiqləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti yazıb.

30 il müddətinə bağlanan yeni müqavilə on milyardlarla dollar həcmində maliyyələşdirməni nəzərdə tutur. Krallığın nüvə infrastrukturunun yaradılmasında mərkəzi rolu Amerika korporasiyaları oynayacaq.

Razılaşmanın prinsipial bəndlərindən biri hər iki tərəfin bu addımı məqsədəuyğun hesab etməsi şərtilə ərazisində uranın zənginləşdirilməsi müəssisəsinin inşasıdır.

Mövcud məlumatlara görə, sənəd ən yaxın zamanda ABŞ Konqresinin baxışına təqdim ediləcək.

Bundan əvvəl CNN telekanalı sazişin Amerika administrasiyası tərəfindən ilkin olaraq təsdiqlənməsi barədə məlumat verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…