Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Trampdan İrana qarşı neft həmləsi

2 dəq
Paylaş:
Trampdan İrana qarşı neft həmləsi

ABŞ prezidenti siyasəti və regional təhlükəsizliklə bağlı mühüm açıqlamalar verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Air Force One" təyyarəsində jurnalistlərin suallarını cavablandıran Tramp İranın neft gəlirlərini məhdudlaşdırmaq üçün yeni strategiyasını açıqlayıb.

Trampın sözlərinə görə, artıq İrandan deyil, Venezueladan neft almağa hazırlaşır.

O, bu məsələ ilə bağlı razılaşma konseptinin artıq hazır olduğunu bildirib.

Eyni zamanda, Çinin də neftini alması üçün qapıların açıq olduğunu vurğulayıb.

Kuba və Meksika ilə münasibətlər

Regional məsələlərə toxunan Tramp Kuba ilə danışıqlara başladıqlarını qeyd edib.

Meksika Prezidenti Klaudiya Şeynbaumun embarqonun humanitar böhrana səbəb ola biləcəyi barədə xəbərdarlığına cavab olaraq Tramp bildirib:

“Humanitar böhranın yaranmasına ehtiyac yoxdur. Onlar bizimlə razılığa gəlmək istəyəcəklər. ”Bununla da Kuba yenidən azad olacaq".

İranla nüvə müzakirələri və hərbi güc

İran məsələsində qətiyyətli olduqlarını deyən Tramp, bölgədə güclü hərbi qüvvələrin, xüsusilə böyük gəmilərin olduğunu xatırladıb. O, İranın nüvə silahına sahib olmamalı olduğunu və hazırda rəsmi Tehranın ABŞ ilə ciddi şəkildə danışıqlar apardığını qeyd edib:

"Ümid edirəm ki, hər kəs üçün qənaətbəxş olan bir razılaşma əldə olunacaq", - deyə o əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax