Əsas məzmuna keç

Tramp: İranın yeni liderləri mənimlə görüşmək istəyir

Tramp: İranın yeni liderləri mənimlə görüşmək istəyir

ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra rəsmi Tehranın danışıqlar üçün müraciət etdiyini açıqlayıb.

en ru

ABŞ Prezidenti "Fox News" telekanalının Ağ Ev müxbiri Caki Henriçə müsahibəsində İrana qarşı həyata keçirilən hərbi əməliyyatları qiymətləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əldə olunan nəticələrin gözləniləndən daha böyük olduğunu vurğulayıb.

əməliyyatın gedişatından razılığını ifadə edərək bildirib:

“Əldə etdiyimiz uğura kimsə inana bilməz; tək bir atışla 48 lider yox edildi. Proses sürətlə irəliləyir. Əgər bu atmasaydıq, onlar iki həftə ərzində silahına sahib olacaqdılar”.

Tramp həmçinin qeyd edib ki, İranın nüvə obyektləri "B-2" bombardmançı təyyarələri ilə hədəf alınıb.

ABŞ lideri Hörmüz boğazının bağlanması və ya neft qiymətlərinin artması ehtimalı ilə bağlı narahatlıq keçirmədiyini deyib:

“Mən heç nədən narahat deyiləm. Sadəcə doğru olanı edirəm. Sonda hər şey yoluna düşür”.

Tramp "Atlantic" jurnalına verdiyi digər müsahibəsində İranın yeni liderlərinin onunla görüşmək istədiyini və bu təklifi qəbul etdiyini bildirib.

O, İran tərəfinin bu addımı daha əvvəl atmalı olduğunu vurğulayaraq, “Danışmaq istəyirlər və mən də razılaşdım. Çox uzun müddət gözlədilər” ifadələrini işlədib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…