Əsas məzmuna keç

Tramp: "İranın nüvə silahı olsaydı, İsrail məhv olardı"

Tramp: "İranın nüvə silahı olsaydı, İsrail məhv olardı"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp İranın nüvə potensialı ilə bağlı təhlükəli proqnozunu bölüşüb.

en ru

ABŞ Prezidenti İranın silahına sahib olacağı təqdirdə bölgədə yarana biləcək vəziyyətlə bağlı açıqlama verib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Tramp “Fox News” telekanalına müsahibəsində İranın nüvə silahına malik olmasının İsrailin mövcudluğu üçün birbaşa təhdid təşkil edəcəyini bildirib.

Tramp İran rəhbərliyini və onun siyasətini sərt tənqid edərək, Tehranın nüvə arsenalına sahib olmasının İsrail dövlətinin sonu ilə nəticələnə biləcəyini vurğulayıb.

O, iranlıları “son dərəcə qəddar və şər düşüncəli insanlar” kimi xarakterizə edərək, onların nüvə əldə etməsinin qəbuledilməz olduğunu qeyd edib.

Müsahibə zamanı Tramp İranın regional siyasətinə də toxunub. Onun sözlərinə görə, İranın , Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveyt kimi neytral mövqe tutan ölkələrə hücum etməsi gözlənilməz olub.

ABŞ Prezidenti hesab edir ki, bu addımlar İranın beynəlxalq arenadakı dəstəyini itirməsinə səbəb olub.

Qeyd edək ki, daha əvvəl İranın Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Al-Minhad” hərbi bazasında ABŞ qüvvələrinə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücum etdiyi barədə məlumatlar yayılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…