Əsas məzmuna keç

Tramp Kubada rejimi dəyişmək üçün yeni plan hazırlayır

Tramp Kubada rejimi dəyişmək üçün yeni plan hazırlayır

Ağ Ev rəhbəri İran məsələsindən sonra Venesuela ilə əməkdaşlıq edən rəsmi Havanaya qarşı hansı addımları atacaq? Donald Trampın yeni sanksiya strategiyası açıqlandı.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Prezidenti İrana qarşı hərbi əməliyyatların başa çatmasından sonra məsələsinə daha ciddi şəkildə fokuslanmağı planlaşdırdığını bir daha bəyan edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışan Trampın açıqlamalarının audio yazısı "PBS NewsHour" tərəfindən yayımlanıb.

ABŞ lideri bildirib ki, Kuba “dağılmaq üzrə olan ölkədir” və Vaşinqton oradakı idarəetmə sisteminin dəyişdirilməsinə çalışır. Onun sözlərinə görə, bu proses İranla bağlı məsələlər başa çatdıqdan sonra daha aktiv şəkildə davam etdiriləcək.

“Bizim Kuba ilə bağlı çox yaxşı planlarımız var. Düşünürəm ki, çox sərt və xoşagəlməz bir rejimdən qurtulmalıyıq”, – Tramp deyib.

O əlavə edib ki, ABŞ əvvəlcə İranla bağlı prosesi tamamlayacaq, daha sonra Kuba məsələsinə qayıdacaq: “Mən hər şeyi mərhələli şəkildə etməyə üstünlük verirəm”.

Tramp Venesuelanın Kuba üçün mühüm dəstək mənbəyi olduğunu da iddia edərək, “ olmasaydı, Kuba artıq müflis olardı”, – deyə bildirib.

O, ABŞ-nin Kubaya qarşı siyasətinin məqsədinin sanksiyalar vasitəsilə “dağılma yaratmaq” olmadığını iddia etsə də, Vaşinqtonun yeni sanksiya addımlarını da müdafiə edib.

Məlumata görə, iyunun 3-də Tramp Kubaya qarşı sanksiyaların genişləndirilməsi barədə sərəncam imzalayıb. Yeni qərar Kuba dövlətinə bağlı iri iqtisadi qurumlarla əməkdaşlıq edən xarici şirkətləri də əhatə edə bilər.

Tramp daha əvvəl də Venesuelanın Kuba iqtisadiyyatına təsirini vurğulayaraq, ölkədə ciddi iqtisadi böhran olduğunu iddia edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…