Əsas məzmuna keç

Tramp: İranla danışıqlar uğursuz olarsa, ikinci aviadaşıyıcı göndərilə bilər

Tramp: İranla danışıqlar uğursuz olarsa, ikinci aviadaşıyıcı göndərilə bilər

ABŞ Prezidenti Donald Tramp Tehranla nüvə sazişi əldə olunmayacağı təqdirdə Yaxın Şərqə əlavə hərbi qüvvələrin cəlb ediləcəyi ilə bağlı xəbərdarlıq edib.

en ru

ABŞ Prezidenti rəsmi Tehranla nüvə danışıqlarının uğursuzluqla nəticələnəcəyi təqdirdə Vaşinqtonun Yaxın Şərqə ikinci zərbə qrupunu yerləşdirə biləcəyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, saziş əldə olunmayacağı təqdirdə daha sərt addımların atılacağı barədə xəbərdarlıq edib.

Bu açıqlamalar ötən həftə Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında baş tutan danışıqlardan sonraya təsadüf edir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai bildirib ki, bu görüşlər Vaşinqtonun niyyətini anlamağa imkan verib və diplomatiyanın davam etdirilməsi üçün kifayət qədər ortaq məxrəc olduğunu göstərib.

Tramp "Channel 12" və "Axios" nəşrlərinə verdiyi müsahibələrdə qeyd edib ki, ABŞ ya İran ilə razılığa gəlməli, ya da çox sərt addımlar atmalı olacaq.

O, həmçinin "Fox Business Network" kanalının "Kudlow" proqramında Tehranın nüvə və ballistik raket proqramları üzrə razılığa gəlmək istədiyinə inandığını, lakin bunun edilməməsinin "ağılsızlıq" olacağını vurğulayıb.

Məlumata görə, bölgəyə göndərilə biləcək potensial gəmilər arasında Asiyada "USS George Washington" və ABŞ-nin şərq sahilindəki "USS George H.W. Bush" aviadaşıyıcılarının adları çəkilir. Həmçinin Pentaqon Karib dənizindən "USS Gerald R. Ford" gəmisini də bölgəyə cəlb edə bilər.

Digər tərəfdən, İranın ali rəhbərinin müşaviri Əli Laricani Omanda Sultan Heytəm bin Tariq Əl Səid ilə görüşüb. Laricani güc tətbiqinin ABŞ və Qərblə olan ixtilafları həll edə bilməyəcəyini, dialoqun yeganə çıxış yolu olduğunu qeyd edib. Tehran tərəfi ötən ilki zərbələrdən sonra uranın zənginləşdirilməsi fəaliyyətlərini dayandırdığını və nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını iddia edir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…