Əsas məzmuna keç

Tramp Britaniyanı Çinlə əlaqələr xəbərdar etdi

Tramp Britaniyanı Çinlə əlaqələr xəbərdar etdi

Böyük Britaniyanın Baş naziri Kir Starmer Pekinlə iqtisadi əlaqələri genişləndirməyə çalışsa da, Vaşinqton bu yaxınlaşmaya kəskin reaksiya verib.

ru en

ABŞ Prezidenti Böyük Britaniyanı rəsmi Pekinlə iqtisadi əməkdaşlığı dərinləşdirməyin fəsadları barədə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu bəyanat Kir Starmerin Çinə səfəri və ikitərəfli münasibətlərdə "yenilənmə" elan etməsi fonunda səslənib.

Yanvarın 29-da Çin lideri Si Cinpin ilə üç saatlıq danışıqlar aparan Britaniya lideri, bazarlara çıxışın asanlaşdırılması, tariflərin azaldılması və yeni investisiya sazişləri daxil olmaqla daha "təkmil münasibətlər" qurmağa çağırıb.

Lakin Vaşinqtonda jurnalistlərin suallarını cavablandıran Donald Tramp Londonun bu addımını "çox təhlükəli" adlandırıb.

  • Starmer və Si Cinpin arasında viza rejiminin sadələşdirilməsi və ticarət rüsumlarının azaldılması barədə razılıq əldə olunub.
  • Tramp administrasiyası Britaniyanın Çin bazarına ixrac potensialına şübhə ilə yanaşır.
  • Britaniya tərəfi ABŞ və Çin arasında seçim etmək məcburiyyətində olmadığını bəyan edir.

Qeyd edək ki, Donald Tramp ötən həftə Kanadanın iqtisadi sövdələşmələrindən sonra bu ölkəyə qarşı gömrük tarifləri tətbiq edəcəyi ilə hədələmişdi.

Britaniya Baş naziri isə jurnalistlərə açıqlamasında Londonun Vaşinqtonla olan strateji müttəfiqliyini qoruyaraq Çinlə də iqtisadi bağları gücləndirə biləcəyinə inandığını vurğulayıb.

ABŞ-nin Ticarət naziri Hovard Lutnik isə Britaniyanın Çinə ixracat cəhdlərinin uğurlu olacağına inanmadığını bildirib:

"Çinlilər dünyanın ən böyük ixracatçılarıdır və onlara nəsə satmaq olduqca çətindir. Britaniyanın buna nail olacağı ehtimalı çox aşağıdır".

Xatırladaq ki, Kir Starmer hökuməti ölkədə vəd etdiyi iqtisadi artımı təmin etmək üçün dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə əlaqələrin yaxşılaşdırılmasını prioritet elan edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…