Əsas məzmuna keç

Tramp 2026-cı ilin mayını Milli Fitnes və İdman Ayı elan etdi

Tramp 2026-cı ilin mayını Milli Fitnes və İdman Ayı elan etdi

ABŞ lideri Donald Tramp sağlam həyat tərzini təşviq etmək üçün yeni sərəncam imzaladı. Ağ Evin bu addımı ölkədə fiziki aktivliyi necə dəyişəcək? Detallar mətndə.

en ru

ABŞ Prezidenti 2026-cı ilin may ayını “Milli Sağlamlıq və İdman Ayı” elan edib və ölkə vətəndaşlarını daha aktiv həyat tərzinə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müvafiq elan Ağ Evin rəsmi saytında dərc olunub.

Məlumata görə, mesajında hökumət rəsmilərini, təhsil işçilərini, idmançıları və ümumilikdə ABŞ əhalisini, xüsusilə də gəncləri mütəmadi fiziki aktivliklə məşğul olmağa edib.

“Mən 2026-cı ilin mayını Milli Fiziki Sağlamlıq və İdman Ayı elan edirəm. Vətəndaşları idman və fiziki fəaliyyətə daha çox cəlb etməyə çağırıram. Bu, millətin gücünün möhkəmlənməsinə töhfə verəcək”, – deyə Tramp bildirib.

Qeyd edilib ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri CDC-nin məlumatına əsasən, ölkə əhalisinin 40,3%-i müxtəlif dərəcəli piylənmədən əziyyət çəkir. 1990-cı illərin əvvəllərində bu göstərici 22,9% idi.

Eyni zamanda uşaqlar və yeniyetmələr arasında piylənmənin səviyyəsinin 21,1%-ə yüksələrək rekord həddə çatdığı bildirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…