Əsas məzmuna keç

Donald Tramp Melaniya haqqında: "O, mənə çox kömək edib"

Donald Tramp Melaniya haqqında: "O, mənə çox kömək edib"

ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniyanın onun indiki şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadığını bildirib.“Operativ Məlumat...

ru en

ABŞ Prezidenti həyat Melaniyanın onun indiki kimi formalaşmasında mühüm rol oynadığını bildirib.

“Operativ Məlumat Mərkəzi–OMM”-in məlumatına görə, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Məlumata əsasən, Tramp jurnalistlərin suallarını cavablandırarkən həyat yoldaşı ilə bağlı fikirlərini bölüşüb.

Jurnalistlərdən biri ABŞ Prezidentindən Melaniya Trampla tanış olmasaydı, bugünkü insan ola bilib-bilməyəcəyini soruşub. Tramp bu suala zarafatla yanaşaraq, “bu, çox təhlükəli sualdır” deyə cavab verib.

Ağ Evin rəhbəri çıxışı zamanı həyat yoldaşını yüksək qiymətləndirib. Onun sözlərinə görə, Melaniya Tramp ona hər zaman dəstək olub və mühüm məqamlarda kömək edib. Melaniyanı “çox hörmətli, çox ağıllı və çox düşüncəli” bir insan kimi xarakterizə edib.

Donald Tramp əlavə edib ki, bəzən özü kifayət qədər düşüncəli olmadığı anlarda belə, həyat yoldaşı onu anlayır və dəyərləndirir. Bu fikirlər Trampın Melaniyaya olan şəxsi hörmət və minnətdarlığını bir daha nümayiş etdirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…