İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda Çexiya üzərində qazanılan 2:0 hesablı səfər qələbəsindən sonra sualları cavablandırıb.
Almaniyalı mütəxəssis “Mançester Siti”nin futbolçuları Mark Gexi və Elliot Andersona xüsusi diqqət ayırıb-ayırmadığı ilə bağlı suala belə cavab verib: “Xeyr, buna ehtiyac olmadı. İndi vicdan əzabı çəkirəm. Əslində, bunu etmədim, çünki bütün diqqətimi qarşıdakı vəzifələrə və komandanın hazırlığına yönəltmişdim. Bu məsələni onlarla müzakirə etməmişəm və şərh də verməyəcəyəm”.
Tuxel Gexinin İspaniya ilə ağır oyundan sonra Çexiya ilə matçda yüksək səviyyədə çıxış etdiyini söyləyib. O, Andersonun da yaxşı oyun keçirdiyini qeyd edib.
Qeyd edək ki, müstəqil komissiya “Mançester Siti”ni 2009-2018-ci illər arasında maliyyə qaydalarını pozmaqda təqsirli bilib. Klubun apellyasiya şikayəti verməsi üçün oktyabrın 2-dək vaxtı var.