Əsas məzmuna keç

Tokayev Rusiyanın TDT-yə müşahidəçi qismində qoşulmasını təklif etdi

Tokayev Rusiyanın TDT-yə müşahidəçi qismində qoşulmasını təklif etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) sammitində Rusiyanın təşkilata müşahidəçi statusunda...

en ru

Prezidenti Kasım-Jomart Ankarada keçirilən Təşkilatının (TDT) sammitində Rusiyanın təşkilata müşahidəçi statusunda qoşulmasını təklif edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "İnterfaks" məlumat yayıb.

Tokayev sammitdə çıxışı zamanı bildirib ki, təşkilatın nüfuzunun artırılması məqsədilə Rusiyanın bu formata qoşulmaq niyyətinə müsbət yanaşmaq və ona TDT-nin fəaliyyətində müşahidəçi qismində iştirak etməyi təklif etmək düzgün və ədalətli qərar olardı.

Qazaxıstan Prezidenti qeyd edib ki, böyük dövlət olan Rusiya əsrlər boyu türk dünyası ilə sıx əlaqələr saxlayıb.

"Bu ölkənin ərazisində tarixən çoxsaylı türk xalqlarının nümayəndələri yaşayıb. Hazırda Rusiya Qazaxıstanın da dəstəklədiyi "Altay - türk sivilizasiyasının beşiyi" layihəsini həyata keçirir. Rus dilində çoxsaylı sözlər türk mənşəlidir. Ümumilikdə, Rusiyanın türk dövlətlərinin, yəni bizim təşkilatımızın bir hissəsinə çevrilməsi bütün dövlətlərimizə fayda gətirərdi", - Tokayev vurğulayıb.

Qeyd edək ki, , , Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvləridir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…