Əsas məzmuna keç

Ceyhun Bayramov: Türk dövlətləri tranzit və qarşılıqlı ticarət imkanlarından yararlanmalıdır

Ceyhun Bayramov: Türk dövlətləri tranzit və qarşılıqlı ticarət imkanlarından yararlanmalıdır

Azərbaycan həyata keçirilən regional layihələrin fəal iştirakçısıdır. “Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bunu Azərbaycan xarici işlər...

en ru

həyata keçirilən regional layihələrin fəal iştirakçısıdır

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bunu Azərbaycan naziri Türkiyənin paytaxtı Ankara şəhərində Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşündə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Türk Dövlətləri Təşkilatının coğrafi mövqeyi, iqtisadi potensialı və enerji resursları beynəlxalq , ticarət və enerji təhlükəsizliyində rolunu daha da artırmaq üçün geniş imkanlar yaradır.

"Azərbaycan bu istiqamətdə həyata keçirilən regional layihələrin fəal iştirakçısıdır. Orta dəhlizin inkişafı, Zəngəzur dəhlizinin reallaşdırılması və ölkələrimiz arasında nəqliyyat bağlantılarının genişləndirilməsi iqtisadi imkanlarımızı artıracaq".

Ceyhun Bayramovun sözlərinə görə, əsas məqsəd bu imkanlardan yalnız tranzit üçün deyil, qarşılıqlı ticarətin, sənaye əməkdaşlığının və investisiyaların inkişafı üçün də istifadə etməkdir.

"Energetika, rəqəmsal bağlantılar və yeni texnologiyalar sahəsində əməkdaşlığımız yeni məzmun qazanır. Azərbaycan ənənəvi enerji resurslarının etibarlı təchizatçısı olmaqla yanaşı, Mərkəzi Asiya ilə Avropa arasında yaşıl enerji və rəqəmsal bağlantıların yaradılmasında mühüm rol oynayır".

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…