Əsas məzmuna keç

İkinci Qarabağ müharibəsinin qəhrəman şəhidi polkovnik-leytenant Vidadi Xəlilovun anım günüdür

İkinci Qarabağ müharibəsinin qəhrəman şəhidi polkovnik-leytenant Vidadi Xəlilovun anım günüdür

İkinci Qarabağ müharibəsinin qəhrəman şəhidi polkovnik-leytenant Vidadi Xəlilovun anım günüdür

en ru

Bu gün 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan polkovnik-leytenant Vidadi Xəlilovun günüdür.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, şəhidimizin vəfatından 6 il ötür.

Vidadi Vaqif oğlu Xəlilov 16 iyul 1982-ci ildə Göyçay şəhərində ziyalı ailəsində anadan olub. 1999–2003-cü illərdə adına Ali Hərbi Məktəbində "motoatıcı" ixtisası üzrə təhsil alıb. O, 2009-cu ildə Xalq Respublikasında Xüsusi Təyinatlı Qüvvələrin çətin və məsuliyyətli kursunu müvəffəqiyyətlə bitirən 3 azərbaycanlı zabitdən biri olub. Xidmət etdiyi müxtəlif hərbi hissələrdə şərəf və ləyaqətlə çalışaraq polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.

Vətən müharibəsi zamanı Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın istiqamətlərində gedən ağır döyüşlərdə böyük şücaət göstərən zabitimiz oktyabrın 30-da Laçın dəhlizi uğrunda aparılan hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olub. O, doğulduğu Göyçay şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Hərbi xidmət illərində və Vətən müharibəsində göstərdiyi müstəsna xidmətlərə görə polkovnik-leytenant Vidadi Xəlilov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib. Şəhidimiz, eyni zamanda, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin" 90, 95 və 100 illik yubiley medallarına, eləcə də I, II və III dərəcəli "Qüsursuz xidmətə görə" medallarına layiq görülüb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

İkinci Qarabağ müharibəsinin qəhrəman şəhidi polkovnik-leytenant Vidadi Xəlilovun anım günüdür

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…