Bu gün işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində minaya düşən şəxslər şəhid Ruhin Qəhrəmanovun ailə üzvləridir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Əşrəf Elman oğlu Qəhrəmanov Ruhin Qəhrəmanovun atası, Orxan Qəhrəmanov isə qardaşıdır.
Qeyd edək ki, Ruhin Qəhrəmanov 2016-cı il aprel ayının 2-də Lələtəpə yüksəkliyinin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub.
Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Həmçinin Əşrəf Qəhrəmanov 1-ci Qarabağ müharibəsi veteranıdır.