Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Əylən və öyrən - ən doğru yollardan biri – FOTO/VİDEO

4 dəq
Paylaş:
Əylən və öyrən - ən doğru yollardan biri – FOTO/VİDEO

Artıq neçənci ildir ki, gəncləri Azərbaycana yay düşərgəsinə gəlir. Bu il düşərgə Laçında keçirilib və düşərgədə iştirak edən ölkələrin sayı onun sanbalını çox aydın göstərir. 64 ölkədən gəncləri nə az, nə çox 1 həftə Laçında saxlamaq, Qarabağa aparmaq əzəmətli bir işdir. Bu, Diaspor Komitəsinin sədri kimi Fuad Muradovun ortaya həqiqətən də iş qoyduğunu göstərir. Nəzərə alsaq ki, bu 7-ci düşərgə idi, onda məsələnin ciddiliyi, işin davamlı aparılması daha aydın görünür.

Düşərgənin açılışını canlı yayımdan, gedişini isə mətbuatdan izləmək maraqlıydı. də hər bir iştirakçıdan müsahibə alınırdı, düşərgənin hər anı ilə bağlı məlumatlar oxucuya açıq idi.

Bu möhtəşəm layihənin hər anını izləmək maraqlı idi. Lakin ailələri ilə görüş öz çəkisinə, mahiyyətinə görə daha vacib və yaddaqalan oldu. Belə görüşlər diasporumuz üçün yəqin ki, unudulmazdır. 44 gün üçün nə demək idi, müharibə bizim taleyimizdə və yaddaşımızda hansı izləri buraxıb, kimlər bu savaşdan qəhrəman çıxıb, bütün bunlar dünya azərbaycanlılarına dərin hisslər içində çatdırılırdı. Görüşü göz yaşları içində izləyən xaricdə yaşayan gənclərə baxanda fikirləşirsən ki, bəlkə də onlar müharibə və qələbə hissini düşərgədə ən səmimi formada yenidən yaşayırlar. Bəlkə də onların çoxu həyatında ilk dəfə şəhid ailələri ilə üz-üzə gəlirdi, bəlkə də onlar 44 günün mahiyyətini Laçında daha yaxşı anladılar.

Diaspor gənclərinin Vətən müharibəsi və Qarabağın işğaldan azad olunması ilə bağlı hərtərəfli məlumatlandırılması üçün düşərgə çox vacib platformadır. Bu, digər tərəfdən şəhid ailələri üçün də böyük bir təsəllidir. Gənclərin onları qucaqlaması, dərdlərinə şərik olmaları o analar üçün çox böyük təskinlikdir. Onlar da belə görüşlərdə millətimizin bütünləşməsini hiss edirlər, oğullarının yarım qalan ömürlərinin nə qədər mənalı olduğunu dərindən yaşayırlar.

Diaspor gənclərinin yay düşərgələri həqiqətən də uzun illər davam etməlidir, xaricdəki hər bir gəncin bu hissləri yaşaması, Azərbaycana gəlməsi gələcəkdə ciddi nəticələr verə bilər, lobbiçilik işinin inkişafına təkan verər.

Diasporla İş üzrə Dövlət Komitəsi bu düşərgə ilə ölkəmizə əvəzsiz xidmət göstərir, dünya azərbaycanlılarını Qarabağda birləşdirir.

5-6 ölkədən mütəxəssisi bir yerə toplamaq, hər hansı tədbiri etmək böyük hünər tələb edir, qaldı ki, 64 ölkəyə, bu fantastik bir nəticədir və həqiqətən də alqışa layiqdir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax