Əsas məzmuna keç

Tehranda Xamenei ilə vida mərasimi keçirilir

Tehranda Xamenei ilə vida mərasimi keçirilir

SEPAH qüvvələrinin müşayiəti ilə Azadi küçəsində izdihamlı anım tədbiri baş tutub. İmam Rza ziyarətgahında dəfn ediləcək liderin cənazəsi Qum, Kərbəla və Nəcəfə aparılacaq.

en ru

İranın mərhum ali dini lideri Əli və ailə üzvlərinin cənazələri ilə Tehranın Azadi küçəsində izdihamlı mərasimi keçirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.

Bildirilib ki, Quran ayələri həkk olunmuş qara örtüklə bükülən tabutların yerləşdirildiyi yük avtomobili İran İslam İnqilabı Keşikçiləri Korpusu () və hərbçilərin müşayiəti ilə hərəkət edib.

Təhlükəsizlik qüvvələri izdiham arasında korteji üçün yol açıb.

Şəhər meriyasının binasının damından 200-dən çox xarici jurnalist mərasimi izləyib.

Tədbirin təhlükəsizliyini minlərlə və hərbçi təmin edib.

İzdihamın qarşısını almaq məqsədilə hüquq-mühafizə orqanları insanların hərəkətini nəzarətdə saxlayıb. Mərasimdə çoxlu sayda uşaqlı ailələr də iştirak edib.

Məlumata görə, Xameneinin cənazəsi Tehrandan sonra İranın əsas dini mərkəzi hesab olunan Qum şəhərinə aparılacaq.

İyulun 8-də isə cənazə İraqa göndəriləcək və Kərbəla ilə Nəcəfdə ayrıca vida mərasimləri keçiriləcək.

Qeyd edək ki, dəfn mərasiminin iyulun 9-da Xameneinin doğulduğu Məşhəd şəhərində, şiə müsəlmanlarının ən müqəddəs ziyarətgahlarından biri olan İmam Rza ziyarətgahında baş tutacağı bildirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…