Əsas məzmuna keç

Əli Xameneinin vida mərasimi: Tehran aeroportu fəaliyyətini dayandırır

Əli Xameneinin vida mərasimi: Tehran aeroportu fəaliyyətini dayandırır

İranın ali rəhbərinin dəfn mərasimi ilə bağlı paytaxtda uçuşlar təxirə salınıb. Mehrabad hava limanında uçuş-enmə qadağası nələrdən xəbər verir?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İranda sabiq Ali Rəhbər Ayətullah Əli Xameneinin mərasimi ilə əlaqədar bəzi aeroportların fəaliyyətində məhdudiyyətlər tətbiq ediləcək.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, İran Hava Limanları Şirkəti Tehranın aeroportunun iyulun 3-də və 6-da fəaliyyətini tam dayandıracağını açıqlayıb.

Məlumata görə, Mehrabad 4, 5, 7 və 8 iyul tarixlərində məhdud şəkildə fəaliyyət göstərəcək.

Məşhəd Beynəlxalq Hava Limanı isə iyulun 9-da fəaliyyətini dayandıracaq.

Qeyd edək ki, Əli Xameneinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.

Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.

Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…

Salam! Mən OMM Bot. Bu gün nə baş verdiyini qısa deyim?