Əsas məzmuna keç

İranın keçmiş lideri Xamenei ilə vida mərasimi: Tehranda izdiham yaşanıb

İranın keçmiş lideri Xamenei ilə vida mərasimi: Tehranda izdiham yaşanıb

İranın keçmiş lideri Xamenei üçün paytaxt Tehranda genişmiqyaslı vida mərasimi keçirilib. Milyonlarla insanın qatıldığı tədbirdə izdiham müşahidə olunub.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İranın keçmiş Ali Rəhbəri Əli ilə vidalaşmaq üçün paytaxt Tehranda keçirilən mərasimə milyonlarla insan qatılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Məlumata görə, səhər saatlarından etibarən Demavend prospektindən başlayaraq İmam Hüseyn, İnqilab və Azadi meydanlarına qədər uzanan ərazilərə çoxsaylı vətəndaş toplaşıb.

Bildirilir ki, mərasimdə kədərli anlar yaşanıb, bəzi iştirakçılar göz yaşlarını saxlaya bilməyib. Küçələrdə quraşdırılmış səsgücləndiricilər vasitəsilə və yerli xalq musiqiləri səsləndirilib.

Qeyd olunur ki, tədbirə yalnız paytaxt sakinləri deyil, ölkənin müxtəlif bölgələrindən gələn insanlar da qatılıb. Bəzi vətəndaşların mərasimdən əvvəl gecəni parklarda çadırlarda keçirdikləri bildirilib.

Məlumata əsasən, iştirakçıların əksəriyyəti matəm əlaməti olaraq qara geyimdə olub, bir qismi isə ənənəvi yerli geyimlərə üstünlük verib. Mərasim zamanı və İsrail əleyhinə şüarlar da səsləndirilib.

Bildirilir ki, izdihamın tənzimlənməsi və təhlükəsizliyin təmin olunması məqsədilə Tehranın bir sıra küçələri nəqliyyatın hərəkəti üçün bağlanıb, vətəndaşların mərasimə çatdırılması üçün xüsusi avtobus marşrutları təşkil edilib. İştirakçılara su və qida paylanıb, şəhərin müxtəlif nöqtələrində quraşdırılan nəhəng ekranlarda mərasimdən görüntülər nümayiş etdirilib.

Qeyd olunur ki, Əli Xamenei və ailə üzvlərinin cənazələri İmam Rıza türbəsi formasında hazırlanmış xüsusi avtomobillə xalqın arasından keçirilib.

Məlumata görə, rəsmi dövlət ötən həftə cümə günü İmam Xomeyni məscidində keçirilib və tədbirdə 100-ə yaxın ölkədən yüksək səviyyəli nümayəndə heyətləri iştirak edib.

Bildirilir ki, cənazənin bundan sonra Qum, Nəcəf və Kərbəla şəhərlərinə aparılması, yekun dəfn mərasiminin isə iyulun 9-da Məşhəddə İmam Rıza türbəsində keçirilməsi planlaşdırılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…