Əsas məzmuna keç

Tehranda güclü partlayışlar: İsrail və ABŞ zərbələri davam edir

Tehranda güclü partlayışlar: İsrail və ABŞ zərbələri davam edir

İran paytaxtında gərginlik: Əli Xameneinin ölümündən sonra yeni hərbi zərbələr endirilib. ABŞ və İsrailin hücumları nəticəsində itkilər varmı? Detallar burada.

en ru

Bu dəqiqələrdə Tehranda partlayışlar baş verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, məlumatı "Mehr" xəbər agentliyi yayıb.

Qeyd edək ki, ilə İsrailin hücumlarından sonra İranın Ali rəhbəri Əli Xamenei və bir neçə rəsmi şəxs öldürülüb. Bu səbəbdən ölkədə matəm elan olunub və insanlar Tehran küçələrinə toplaşıb üzüntülərini bölüşürlər.

Belə bir gərgin məqamda Tehranda partlayışların baş verməsi ölən və yaralananların olması ehtimalını artırır, lakin hələ bu barədə rəsmi məlumat açıqlanmayıb.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb.

Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…