Əsas məzmuna keç

İran İsraili dezinformasiya kampaniyası aparmaqda ittiham etdi

İran İsraili dezinformasiya kampaniyası aparmaqda ittiham etdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İsraili İranı təkcə Qərb hökumətləri üçün deyil, həm də adi vətəndaşlar və onların gündəlik həyatı...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İsraili İranı təkcə Qərb hökumətləri üçün deyil, həm də adi vətəndaşlar və onların gündəlik həyatı üçün təhlükə kimi təqdim etməyə yönəlmiş koordinasiyalı dezinformasiya kampaniyası aparmaqda ittiham edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Fransada baş verən və "soyuducu işi" kimi tanınan hadisələrdən tutmuş, İranın rəsmilərinə qarşı sui-qəsdlər hazırladığına dair iddialaradək bir sıra məlumatlar İsrail tərəfindən təşkil olunan informasiya kampaniyasının tərkib hissəsi ola bilər.

Bəqayinin sözlərinə görə, kampaniyanın məqsədi qorxu mühiti yaratmaq, ABŞ və Avropa cəmiyyətlərini müharibənin genişləndirilməsinə və öz liderlərinin hərbi-siyasi addımlarına haqq qazandırmağa sövq etməkdir.

İran rəsmisi iddia edib ki, ABŞ rəsmilərinin hədəfə alınması ilə bağlı məlumatlar münaqişəni onlar üçün şəxsi müstəviyə keçirməyə xidmət edir.

"İrana qarşı apardıqları təcavüzkar müharibədə ABŞ və İsrail dövlət terrorizminin ən açıq formasına əl ataraq rəsmiləri öldürüb, mülki şəxslərə hücum ediblər. İran isə qəti müqavimət və qanuni özünümüdafiə ilə cavab verib və verməkdə davam edir. Onun düşmənləri kimi terror zorakılığına əl atmağa, yaxud öz liderlərinin fəlakətli qərarlarının qurbanına çevrilmiş adi insanların gündəlik həyatını pozmağa ehtiyacı yoxdur", - Bəqayi qeyd edib.

O həmçinin ABŞ rəsmilərinin müharibədə qələbə elan etdikdən bir neçə gün sonra hərbi bunkerlərə sığınmasını ictimai rəğbət qazanmaq cəhdi kimi qiymətləndirib.

Bəqayi əlavə edib ki, ABŞ vətəndaşları artıq öz liderlərinin yalanlarından və ölkənin faktiki olaraq İsrailin prioritetlərinin irəli aparılması üçün vasitəyə çevrilməsindən narazıdırlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…