Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində partlayış səsləri eşidilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə İsrail və ABŞ tərəfindən İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar fonunda baş verib.
Hazırda partlayışların dəqiq səbəbi və hər hansı tələfatın olub-olmaması barədə rəsmi açıqlama verilməyib.