Əsas məzmuna keç

"Tehran Vaşinqtona təklif təqdim edib" - Əraqçi

"Tehran Vaşinqtona təklif təqdim edib" - Əraqçi

İran XİN rəhbəri Abbas Əraqçi Hörmüz boğazı və genişmiqyaslı müharibənin dayandırılması üçün ABŞ-yə şərtlər qoydu. Tehranın gözləntiləri nələrdir?

en ru

"İran bu həftə üçüncü tərəflərin vasitəçiliyi ilə rəsmiləri ilə keçirilən görüş zamanı Vaşinqtona yeni təklif təqdim edib".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri İranın naziri Abbas Əraqçi deyib.

Əraqçinin sözlərinə görə, İran administrasiyaya təklif edib ki, boğazı yenidən açılsın və genişmiqyaslı müharibənin dayandırılması ilə bağlı danışıqlar yeddi gün ərzində bərpa olunsun.

O bildirib ki, hazırkı təklif iyun ayında tərəflərin razılaşdırdığı anlaşma memorandumuna bənzəyir:

"Təklifə əsasən, danışıqların bərpası və Hörmüz boğazının açılması üçün ABŞ yeddi gün ərzində müəyyən şərtləri yerinə yetirməlidir".

İran xarici işlər naziri Vaşinqtonun cavabını gözlədiklərini deyib. Onun sözlərinə görə, tələsmir, lakin ABŞ-nin təklifi qəbul etməsinin və danışıqların noyabrın əvvəlində keçiriləcək aralıq seçkilərdən əvvəl bərpa olunmasının daha yaxşı olacağını düşünür.

ABŞ-nin adı açıqlanmayan rəsmisi isə jurnalistlərə bildirib ki, Vaşinqton üçüncü tərəflərin vasitəçiliyi ilə müsbət və konstruktiv danışıqlar aparır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…