Əsas məzmuna keç

Tehran-Moskva uçuşları bərpa edildi: "Mahan Air" reysləri başladı

Tehran-Moskva uçuşları bərpa edildi: "Mahan Air" reysləri başladı

"Mahan Air" aviaşirkəti fevralın 26-dan sonra İmam Xomeyni və Şeremetyevo limanları arasında ilk birbaşa uçuşu etdi. İran-Rusiya hava əlaqəsindəki yeni detallar...

en ru

Fevralın 26-dan sonra ilk dəfə İranın paytaxtı Tehrandan Moskvaya birbaşa uçuş həyata keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə "RİA Novosti" Moskvanın hava limanının məlumat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, İranın “Mahan Air” aviaşirkətinə məxsus təyyarə Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından (IKA) Moskva istiqamətində yola düşüb. Uçuşun Moskva vaxtı ilə saat 09:18-də Şeremetyevo hava limanının C terminalına eniş etməsi planlaşdırılıb.

Qeyd edilib ki, bu reys fevralın 26-dan bəri –Moskva marşrutu üzrə ilk uçuş kimi qeydə alınıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…