Əsas məzmuna keç

Təcili: Türkiyə MN İncirlikdə ABŞ bazası iddialarına son qoydu

Təcili: Türkiyə MN İncirlikdə ABŞ bazası iddialarına son qoydu

Milli Müdafiə Nazirliyi Adanadakı strateji obyektin statusunu açıqladı. F-16 və PUA-ların olduğu məkanda hansı xarici hərbçilər var? Rəsmi bəyanatın detalları:

ru en

Milli (MMN) rəsmi bəyanat yayaraq, İncirlikdə əsgərlərinin olmasının həmin ərazinin Amerika bazası anlamına gəlmədiyini xüsusi vurğulayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə nazirliyin yaydığı rəsmi açıqlamada bildirilib.

"İncirlik bir Türk bazasıdır. Əskişəhərdəki Müharibə Hava Qüvvələri Komandanlığımıza tabe olaraq fəaliyyət göstərən 10-cu Əsas Reaktiv Baza Komandanlığımız Adana İncirlikdə yerləşir.

10-cu Əsas Reaktiv Baza Komandanlığımızda F-16 filomuz, Tanker filomuzPUA-larımız mövcuddur. Üzərindəki bütün təsisləri ilə birlikdə mülkiyyəti Türkiyə Cümhuriyyətinə məxsusdur. Baza komandanı Türk Briqada Generalımızdır.

Orada Amerika əsgərlərinin olması onun ABŞ bazası olduğu mənasına gəlmir. Orada, həmçinin İspaniya, PolşaQətər heyəti də mövcuddur", - bəyanatda qeyd olunub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…