Əsas məzmuna keç

Təbii fəlakətlər Çinə 5,33 milyard dollardan çox ziyan vurub

Təbii fəlakətlər Çinə 5,33 milyard dollardan çox ziyan vurub

Çində cari ilin avqust ayında baş verən təbii fəlakətlər ölkəyə 36,03 milyard yuan (5,33 milyard dollardan çox) məbləğində ziyan vurub. Bununla bağlı...

en ru

Çində cari ilin avqust ayında baş verən təbii fəlakətlər ölkəyə 36,03 milyard yuan (5,33 milyard dollardan çox) məbləğində ziyan vurub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Çinin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakətlər nəticəsində 595 nəfər həyatını itirib və ya itkin düşmüş hesab olunur.

Avqust ayı ərzində zonalarında ümumilikdə 12,62 milyon insan qeydə alınıb, onlardan 1,18 milyon sakin təcili şəkildə təxliyə edilib.

Ötən ay ölkəyə ən çox ziyan vuran qasırğalar, daşqınlar və torpaq sürüşmələri nəticəsində 400-dən çox yaşayış binası tamamilə dağılıb, 5 900 ev zədələnib, 857 400 hektar kənd təsərrüfatı sahəsi isə yararsız hala düşüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…