Suriyanın İdlib şəhərində güclü partlayış baş verib. Hadisə nəticəsində çox sayda şəxsin yaralandığı bildirilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yerli mənbələrin məlumatına görə, partlayış İdlibin Sarmada rayonu yaxınlığında qeydə alınıb.
Partlayışın hansı səbəbdən baş verdiyi hələlik müəyyən edilməyib.
Hadisədən sonra əraziyə çox sayda təcili tibbi yardım maşını cəlb olunub.
Suriyanın dövlət televiziyası “Əl-İxbariyyə” partlayış nəticəsində çox sayda insanın yaralandığını açıqlayıb.