Əsas məzmuna keç

Sumqayıtda 22 motosiklet sürücüsü saxlanıldı – Polis reyd keçirdi

Sumqayıtda 22 motosiklet sürücüsü saxlanıldı – Polis reyd keçirdi

Sumqayıt şəhər DYP əməkdaşlarının keçirdiyi reyd zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan 22 motosikletçi aşkarlanaraq məsuliyyətə cəlb edilib.

en ru

Sumqayıtda sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Şəhər İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin və digər xidmət sahələrinin əməkdaşlarının iştirakı ilə şəhərin müxtəlif ərazilərində keçirilən tədbirlər zamanı ümumilikdə 22 motosiklet sürücüsü saxlanılıb.

Araşdırmalarla onlardan 2 nəfərin narkotik vasitənin təsiri altında motosiklet idarə etdiyi müəyyən olunub. Həmin şəxslər barəsində müvafiq materiallar toplanaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Digər 20 şəxsin isə sürücülük hüququ, eləcə də dövlət qeydiyyat nişanı olmadan motosiklet idarə etdikləri müəyyən edilib. Aşkar olunan faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görülüb.

Sumqayıt şəhərində təhlükəsizliyinin və ictimai asayişin təmin edilməsi, bu kimi qanunazidd halların qarşısının alınması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdiriləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…