Əsas məzmuna keç

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

Bakı və regionlardakı məktəblərdə keçirilən məzun günü necə yekunlaşıb? Polis gücləndirilmiş rejimdə hansı qayda pozuntularının qarşısını alıb? Detallar burada.

ru en

Respublikanın bütün ümumtəhsil müəssisələrində keçirilən “Son zəng” tədbirləri asayişin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunması şəraitində başa çatıb. Tədbirlərlə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) aidiyyəti qurumları tərəfindən əvvəlcədən hazırlanmış planına uyğun olaraq paytaxt və bölgələrdə polis naryadlarının sayı artırılıb, məktəblərin ətrafında və məzunların kütləvi toplandığı ərazilərdə xidmət rejimdə təşkil olunub.

DİN-in Mətbuat Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, polis əməkdaşları tərəfindən yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, dayanma-durma qaydalarına nəzarət, məzunların və digər vətəndaşların rahat hərəkətinin təşkili istiqamətində zəruri tədbirlər görülüb. Eyni zamanda, sürücülük hüququ olmayan şəxslərin vasitələrini idarə etməsinə qarşı profilaktik nəzarət tədbirləri həyata keçirilib.

Görülən kompleks tədbirlər nəticəsində “Son zəng” günü ilə bağlı keçirilən tədbirlər zamanı ictimai asayiş pozuntularının və ciddi hüquqazidd halların qarşısı alınıb, məzunlar bu əlamətdar günü təhlükəsiz şəraitdə qeyd ediblər.

Daxili İşlər Nazirliyi ictimai təhlükəsizliyin təmin olunmasına göstərdikləri dəstəyə, qanunvericiliyin tələblərinə əməl etdiklərinə və polis əməkdaşları ilə etdiklərinə görə valideynlərə, təhsil ictimaiyyətinə, məktəb kollektivlərinə və vətəndaşlara təşəkkür edir.

Nazirlik ,eyni zamanda, məzunları həyatlarının bu əlamətdar mərhələsi münasibətilə təbrik edir, onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…