Əsas məzmuna keç

Sudanda qızıl mədənində uçqun: 60 nəfər ölüb

Sudanda qızıl mədənində uçqun: 60 nəfər ölüb

Sudanın Qərbi Kordofan bölgəsində qızıl mədənində baş verən uçqun nəticəsində azı 60 nəfər həyatını itirib.

ru en

Sudanın ştatının Əl-Nuhud şəhəri yaxınlığında yerləşən “Əl-Zaraa” qızıl mədənində baş verən torpaq sürüşməsi və uçqun nəticəsində azı 60 nəfər həyatını itirib, onlarca fəhlə isə altında qalıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə informasiya agentlikləri zərərçəkənlərə və xilasetmə işlərində iştirak edən yerli mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, artisanal (ənənəvi) üsulla istismar olunan mədən quyularının birində baş verən uçqun zəncirvari reaksiya verərək bitişik quyuların da çökməsinə səbəb olub. Hadisə yerində xüsusi ağır texnikanın çatışmaması və ərazinin Çevik Dəstək Qüvvələrinin (RSF) nəzarətində olması səbəbindən axtarış-xilasetmə işləri yerli mədənçilər tərəfindən ibtidai alətlərlə çətin şəraitdə aparılır. Dağıntılar altından 60-dan çox cəsədin çıxarıldığı, ölənlərin sayının artacağı istisna olunmur.

Bildirilib ki, Sudanda davam edən hərbi münaqişə və ağır iqtisadi böhran əhalinin böyük hissəsini qaydalarına riayət olunmayan qanunsuz qızıl mədənlərində işləməyə məcbur edir. Regionda bu cür texniki standartlarına cavab verməyən quyularda uçqun halları tez-tez qeydə alınır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…