Əsas məzmuna keç

Son sutkada 50 fələstinli İsrailin zərbələri nəticəsində ölüb

Son sutkada 50 fələstinli İsrailin zərbələri nəticəsində ölüb

İsrailin Qəzza zolağına son 24 saat ərzində endirdiyi zərbələr nəticəsində azı 50 nəfər ölüb. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb....

İsrailin Qəzza zolağına son 24 saat ərzində endirdiyi zərbələr nəticəsində azı 50 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

İsrail ordusu Xan Yunisin qərbində, Əl-Məvasi bölgəsində köçkünlərin olduğu çadır düşərgəsini atəşə tutub.

Telekanal qeyd edir ki, Qəzza zolağının şimalında yerləşən Kamal Advan xəstəxanası da intensiv atəşə tutulub.

Anklavın Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlanmasından bu yana İsrailin keçirdiyi hərbi əməliyyatlar nəticəsində 45,2 mindən çox fələstinli həlak olub, 107,6 mindən isə yaralanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…