Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rəsmi: Livanda 1 milyon insan didərgin düşdü, ölənlər var

2 dəq
Paylaş:
Rəsmi: Livanda 1 milyon insan didərgin düşdü, ölənlər var

Livanda münaqişə nəticəsində böyük insan itkisi və köçkünlük müşahidə olunur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Bildirilib ki, Livan hakimiyyəti 2 martdan bəri bir milyondan çox insanın məcburi köçkün kimi qeydiyyata alındığını açıqlayıb. Onlardan 130 mindən çoxu təxminən 600 sığınacaqda məskunlaşıb.

Eyni zamanda, İsrail ordusu cənubi Livan sakinlərini təxliyə etmələri barədə xəbərdar edib. İsrael Katz bildirib ki, didərgin düşmüş livanlılar şimali İsrail sakinlərinin təhlükəsizliyi təmin olunana qədər evlərinə qayıtmamalıdır.

Livanın Milli Xəbər (NNA) İsrail Hava Qüvvələrinin Beyrutun bir neçə ərazisinə endirdiyini bildirib.

Bildirilib ki, Hizbullah 17 mart gecəsi Livan sərhədindəki Cedeid Mais əl-Cəbəl ərazisində İsrail qoşunlarının cəmləşdiyi ərazilərə zərbələr endirib.

Qeyd olunub ki, martın 16-da İsrail ordusu Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb.

Livanın məlumatına görə, Hizbullaha qarşı yeni döyüşlərin başlamasından bəri İsrail hücumlarında 67 qadın və 111 uşaq da daxil olmaqla ən azı 886 nəfər həlak olub, 2141 nəfər isə yaralanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax