Əsas məzmuna keç

İsrail ordusu Livanın cənubuna hava zərbələri endirib

İsrail ordusu Livanın cənubuna hava zərbələri endirib

Livanın rəsmi xəbər agentliyinin məlumatına görə, İsrail hərbi qüvvələri ölkənin cənub bölgələrində həm hava, həm də quru əməliyyatlarını intensivləşdirib.

en ru

İsrail ordusu Livanın cənubunda bir sıra yaşayış məntəqələrinə və ərazilərə hava zərbələri endirib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, ötən gecə İsrailə məxsus döyüş təyyarələri Huceyr vadisinin Kantara istiqamətini bombalayıb.

Bununla yanaşı, İsrail qüvvələri Hiyam qəsəbəsini silahlardan atəşə tutub.

Bint Cubeyl rayonunun Hadasa qəsəbəsində də insident qeydə alınıb. İsrail hərbçilərinin qəsəbənin Qərb məhəlləsinə avtomatik silahlardan atəş açdığı və ərazidə hərbi texnikanın hərəkət etdiyi bildirilib.

Qeyd edək ki, İsrail ordusu martın 2-dən etibarən Livanın cənubuna intensiv hava hücumları həyata keçirir. nəticəsində bölgədə çoxsaylı yaşayış məntəqələri hədəfə alınıb.

hökumətinin məlumatına görə, hücumlar səbəbindən ölkədə məcburi köçkünlərin sayı 1 milyonu .

Tərəflər arasında aprelin 17-də əldə olunan və daha sonra bir neçə dəfə uzadılan atəşkəsə baxmayaraq, İsrail ordusu avqustun 15-də səhər saatlarında yenidən hava zərbələri həyata keçirib.

Livan Səhiyyə Nazirliyinin statistikasına əsasən, martın 2-dən bəri davam edən hücumlar nəticəsində ölənlərin sayı 4 346 nəfərə çatıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…